AFFA daha 2 komandanın çempionatda iştirakına icazə verdi - FOTO

6 Oktyabr 2023 09:40 Region Liqası 3 440
AFFA daha 2 komandanın çempionatda iştirakına icazə verdi - FOTO

Ötən mövsüm Region Liqasında mübarizə aparmış iki komanda yenidən qeydiyyatdan keçib.

Bunlar «Lokomotiv» və «Qobustan»dır.

Hər iki kollektiv yeni «futbol «ili»ndə də bu çempionatda qüvvəsini sınayacaq.

Tezliklə 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən” və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala” və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır