Azərbaycan klubu 5 yerli, 4 legioner oyunçusu ilə sağollaşdı

18 Avqust 2023 07:20 Basketbol 1 338
Azərbaycan klubu 5 yerli, 4 legioner oyunçusu ilə sağollaşdı

“Gəncə” basketbol klubu 2022/23 mövsümündə bu komandada forma geyinmiş oyunçuların əksəri ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

Yerli oyunçulardan Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vuqar Məmişov, İslam Rzayev və Amil Həmzəyevlə yollar ayrılıb.

Gəncənin eyniadlı təmsilçisi legionerlərdən də Collin Turner, Jarred Small, Jordan Andrews və Jalen Gaddy ilə vidalaşıb.

Klub onların hər birinə təşəkkür edib, qarşıdakı mövsümdə uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti