"Məşqçi mənəm, özüm bilərəm, kimi əvəzləyirəm, kimi meydana buraxıram" - VİDEO

2 Fevral 2020 20:20 Fransa 1 020
"Məşqçi mənəm, özüm bilərəm, kimi əvəzləyirəm, kimi meydana buraxıram" - VİDEO

PSJ-nin baş məşqçisi Tomas Tuhelllə futbolçusu Kilian Mbappe arasında növbəti gərginlik yaranıb.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu “Monpelye” ilə dünən keçirilən Liqa -1-in matçının 68-ci dəqiqəsində (hesab 5:0 olarkən) İkardi ilə əvəzlənib.

Bu zaman o, məşqçisinə nümayişkaranə şəkildə etiraz edib və texniki zonada onu dinləmək istəməyib. Matçdan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis Mbappenin hərəkətinə sərt reaksiya verib:

“Məşqçi mənəm. Özüm bilərəm, kimi əvəzləyirəm və kimi meydana buraxıram. O ağıllıdır, nə etdiyini bilir. Əvəzlənməyi xoşlamır. Bu isə yaxşı hal deyil.

Amma belə halla üzləşən yeganə klub deyilik. Belə məqamlar komandanın psixoloji durumuna mənfi təsir edir. Mən hirslənmirəm, amma təəssüflənirəm.

Çünki belə hərəkətə ehtiyac yox idi. Niyə belə addım atdığımı ona izah etdim. Bu, gələcəkdə də davam edəcək”.

Mbappe bundan əvvəl bəzi oyunlarda da əvəzlənməsinə etirazını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti