Mbappe İbrahimoviçin rekordun keçdi

24 Sentyabr 2021 12:20 Fransa 506
Mbappe İbrahimoviçin rekordun keçdi

Fransa Liqa 1-də sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Sportinfo.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Kilian Mbappedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mbappe 5-ci dəfə Fransada ayın oyunçusu seçilib. 21 yaşlı hücumçu bu göstəricidə isveçli futbolçu Zlatan İbrahimoviçin rekorduna şərik olub.

Hazırda “Milan”da çıxış edən İbrahimoviç PSJ ilə Fransada 5 dəfə ayın oyunçusu mükafatını qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti