Xal toplamadı, istefaya göndərilən ikinci baş məşqçi oldu - Super Liqada

5 Sentyabr 2023 10:20 Türkiyə 1 125
Xal toplamadı, istefaya göndərilən ikinci baş məşqçi oldu - Super Liqada

Türkiyə Super Liqası təmsilçisi “Qaziantep” baş məşqçisi Erdal Güneşlə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

“Qaziantep” Türkiyə Super Liqasında 0 xalla sonuncu pillədə qərarlaşıb. Komanda 4-cü turda evdə “Qalatasaray”a 0:3 hesabı ilə uduzub.

Bu, Türkiyə çempionatında 2023/2024 mövsümündə 2-ci baş məşqçi istefasıdır. Bundan əvvəl Emre Belözoğlu da “Başakşəhər”dən ayrılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti