Cənubi Azərbaycan klubu oynadı, ictimai fəallar saxlanıldı - Təbrizdən VİDEO+FOTO

20 Avqust 2023 08:50 Hadisə 1 573
Cənubi Azərbaycan klubu oynadı, ictimai fəallar saxlanıldı - Təbrizdən VİDEO+FOTO

İranın Təbriz şəhərində milli fəallar saxlanılıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Güney Azərbaycanın “Traktor” futbol komandasının Ərdəbildəki azarkeşlərindən Abdullah Ənsari, güneyli idmançı (boksçu) və vətəndaş cəmiyyəti fəalı Kərim İsmayılzadə və ictimai fəal Mehdi Nəsirzadə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Onlar “Traktor”un oyunundan öncə stadiona daxil olarkən tutulublar.

fəalların hara aparıldığı və vəziyyətləri ilə bağlı dəqiq məlumat yoxdur.

Təbrizdə “Traktor” - “Persepolis” oyunundan sonra milli fəallar şüar səsləndiriblər. “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, - deyə milli fəallar etirazlarını bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti