Premyer Liqdakı bir oyun ikinci şəxsin də "baş"ını apardı

15 Noyabr 2023 11:40 Hadisə 921
Premyer Liqdakı bir oyun ikinci şəxsin də "baş"ını apardı

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Premyer Liqaya təyinat alan daha bir hakimi cəzalandırıb.

Cavid Cəlilov ölkə çempionatından 4 oyunluq kənarlaşdırılıb.

Cəza 12-ci turda keçirilən «Sabah» - «Zirə» qarşılaşması (0:1) ilə əlaqədardır. Belə ki, Masazırdakı görüşdə VAR hakimi funksiyasını yerinə yetirən Cəlilov referinin yanlış qərarlarına müdaxilə etməyib, bəzi epeizodları görməzdən gəlib.

Məhz bu matça görə Tural Qurbanov Barış Şimşek tərəfindən cəzaya məruz qalıb. O, qarşılaşmada bir neçə qalmaqallı qərarla "seçilib".

Türkiyəli funksioner qərarların müzakirəsinə həsr olunan toplantıda gənc referiyə ciddi iradlar tutub.

Qurbanov hər iki komandanın əleyhinə doğru olmayan xətalar etdiyi üçün 4 oyunluq «məcburi istirahət»ə göndərilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti