"Barselona"nın prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

18 Noyabr 2024 08:40 Dünya futbolu 785
"Barselona"nın prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

"Barselona"nın prezidenti Xuan Laporta Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı funksioner abidənin önünə əklil və gül dəstələri qoyub.

Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?