"Dinamo"nun Ramil Şeydayevsiz növbəti qələbəsi

1 Dekabr 2019 19:48 Dünya futbolu 790
"Dinamo"nun Ramil Şeydayevsiz növbəti qələbəsi

Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün keçirilən Moskva derbisində çempionatın liderlərindən olan "Lokomotiv" milli komandamızın oyunçusu Ramil Şeydayevin formasını geyindiyi "Dinamo"nu qəbul edib.

Bu qarşılaşmaya qədər ardıcıl 4 turdur uduzmayan "dinamoçular" məğlubiyyətsiz oyunlar seriyasını 5 matça çatdırıb. Görüş "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil Şeydayev bu dəfə də oyunu ehtiyat oyunçular skamyasından izləyib. Bu qələbədən sonra "Dinamo" turnir cədvəlində 6-cı sıraya yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i