Uğursuz çıxışdan sonra millidən getmək qərarı verdi

21 Noyabr 2019 01:38 Dünya futbolu 836
Uğursuz çıxışdan sonra millidən getmək qərarı verdi

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib. Sportinfo.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib.

Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb.

Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!