“Milan”, “Çelsi” və Niderland millisinin sabiq yarımmüdafiəçisi Rud Qullit özünə bənzəyən futbolçular barədə danışıb.
Sportinfo.az “Sport Witness”-ə istinadən xəbər verir ki, Qullit, onun üçün futbolçunun özünə bənzəyib-bənzəməməsinin əsas olmadığını bildirib:
“Daha çox təşəbbüs göstərən və məsuliyyəti üzərinə götürən oyunçuları yüksək qiymətləndirirəm. Mən buna belə baxmıram.
Hər futbolçu unikaldır. Əslində, mən özümdən fərqli futbolçuları izləməyi daha çox xoşlayıram – ziddiyyətlər bir-birini cəlb edir (gülür). Sadəcə, təşəbbüs göstərən və məsuliyyəti üzərinə götürən futbolçuları yüksək qiymətləndirirəm.
Çud Bellingem (“Real”) məsuliyyəti üzərinə götürür. Rodri (“Mançester Siti”) də bunu edir. Lionel Messi (“İnter Mayami”) və Kriştiano Ronaldo (“Əl-Nəsr”) da bu xüsusiyyətə malikdir.
Belə futbolçulara heyranam. Çünki onlar risk edirlər, bütün tənqidləri üzərlərinə götürürlər, amma buna baxmayaraq, nəticə göstərirlər.
Mənim dəyər verdiyim məhz budur”.
