Almaniyalı hücumçu üçün hərəkətə keçdi - Avropanın top-klubları

00:10 Dünya futbolu 62
Almaniyalı hücumçu üçün hərəkətə keçdi - Avropanın top-klubları

“Brügge”nin hücumçusu Nikola Tresoldi Avropanın bir sıra aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Dortmund “Borussiya”sı və Leverkuzen “Bayer”i almaniyalı forvardı yaxından izləyir.

“Arsenal” isə onunla bağlı ilkin sorğu göndərib, ancaq hələlik tərəflər arasında rəsmi danışıqlar aparılmır.

“Tottenhem” də almaniyalı futbolçunun xidmətində maraqlıdır. Həmçinin, İtaliya klublarının da ona maraq göstərdiyi bildirilir.

Tresoldinin mümkün transferi 25-30 milyon avro civarında qiymətləndirilir. O, bu mövsüm Belçika çempionatında 30 oyunda 13 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti