İranlılar FİFA prezidentinə məktub göndərdilər - Nə istəyirlər?

18:20 Dünya futbolu 118
İranlılar FİFA prezidentinə məktub göndərdilər - Nə istəyirlər?

İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac tərəfindən FİFA prezidenti Canni İnfantinonun ünvanına məktub göndərilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, məktubda Yaxın Şərqdə gərginliyin artması fonunda İranda futbol infrastrukturunun zərər gördüyü, bəzi iddialara görə isə futbolçuların da həyatlarını itirdiyi bildirilib.

Federasiya FİFA-dan vəziyyəti araşdırmaq üçün ekspert qrupu göndərməsini və zərərin qiymətləndirilməsini xahiş edib.

Məktubda həmçinin, məşq bazaları, stadionlar və futbol mərkəzlərinin zədələndiyi, bunun isə ölkədə müxtəlif yaş qrupları üzrə milli komandaların hazırlıq prosesinə ciddi təsir göstərdiyi vurğulanır.

İran tərəfi beynəlxalq futbol qurumunu həm hüquqi qiymətləndirmə aparmağa, həm də həlak olduğu iddia edilən idmançıların xatirəsinin anılması üçün tədbirlər görməyə çağırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti