“Belə oyunçunu kənarda saxlamaq düzgün deyil, bu, ona qarşı hörmətsizlikdir”

29 Mart 01:40 Dünya futbolu 667
“Belə oyunçunu kənarda saxlamaq düzgün deyil, bu, ona qarşı hörmətsizlikdir”

“Benfika”nın çalışdırıcısı Joze Mourinyo, Braziliya millisinin baş məşqçisi Karlo Ançelottini Neymarı yığmaya çağırmamasına görə tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis belə səviyyəli futbolçunun millidən kənarda qalmasının qəbulolunmaz olduğunu bildirib:

“Bu vəziyyət yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkün ola bilər.

Təsəvvür edin, Kriştiano Ronaldo (“Əl-Nəsr”) və ya Lionel Messi (“İnter Mayami”) yığmaya çağırılmasın. Neymar kimi oyunçunu sadəcə, belə kənarda saxlamaq düzgün deyil. Hazırda ona hörmətsizlik var”.

“Santos”un rənglərini qoruyan 34 yaşlı Neymar cari mövsümdə 5 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?