Messi ilə komanda yoldaşı olmayacaq - “Liverpul”un hücumçusu

20:50 Dünya futbolu 84
Messi ilə komanda yoldaşı olmayacaq - “Liverpul”un hücumçusu

“Liverpul”un hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubunu tərk etməyə hazırlaşsa da, onun gələcəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər adı Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ilə hallanan misirli hücumçu MLS klubu ilə heç bir danışıq aparmayıb.

Florida təmsilçisinin 33 yaşlı futbolçunu yayda heyətinə qatmaq niyyəti yoxdur və transfer planı gündəmdə deyil.

Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 22 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti