O, milli komandalar tarixində ən yaşlı məşqçi oldu

12:45 Dünya futbolu 90
O, milli komandalar tarixində ən yaşlı məşqçi oldu

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, o, milli komandalar tarixində ən yaşlı məşqçi olub.

Luçesku DÇ-2026-nın seçmə mərhələsinin Türkiyə ilə pley-off matçında (0:1) yığmaya 80 yaş 7 aylıqda rəhbərlik edib.

Rumıniyalı mütəxəssis bununla da komandaya 80 yaş 6 aylıq yaşında rəhbərlik edən Kuk Adaları millisinin sabiq məşqçisi Alan Teylorun rekordunu keçib.

Təcrübəli məşqçi karyerasına 1979-cu ildə "Korvinul"u idarə edərkən başlayıb.

O, daha sonra Ukraynada "Şaxtyor" və "Dinamo" Kiyev, Rusiya və Türkiyə klublarında çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti