“Messinin dünya çempionatına getməsi üçün əlimdən gələni edəcəm"

01:30 Dünya futbolu 64
“Messinin dünya çempionatına getməsi üçün əlimdən gələni edəcəm"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu Lionel Messinin qarşıdan gələn dünya çempionatında oynayacağına ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçunun bu turnirdə iştirak etməsi üçün əlindən gələni edəcəyini söyləyib:

“Messinin dünya çempionatına getməsi üçün əlimdən gələni edəcəm. Bütün dünya futbolu bundan faydalanacaq və bunu istəyən təkcə Argentina millisi deyil, hamı onu gözləyir. Amma qərar vermək mənim ixtiyarımda deyil.

Messi heç bir təzyiq olmadan öz seçimini etmək hüququ qazanıb. Biz bilirik ki, o nə edirsə etsin, bu, onun və komandanın xeyrinə olacaq”.

38 yaşlı forvard turnirdən qısa müddət əvvəl qərar verəcəyini dəfələrlə açıq şəkildə bildirib.

2026-cı il dünya çempionatının oyunları 11 iyun-19 iyul tarixlərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti