“Real”ın sabiq müdafiəçisi Marselo uşaqlıqda onu məşqlərə aparan babası haqqında danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu bunu deyib:
“Bəzən məni aparmağa pulu olmurdu, amma həmişə məşqə getməyim üçün bir yol tapırdı. Babam sayəsində futbolçu oldum.
O, mənim üçün hər şeyini qurban verdi. Məni məşqə avtobusla aparırdı, bəzən avtobus dəyişdirirdi.
Yolda saatlarla vaxt keçirirdik, amma o, heç vaxt şikayət etmirdi. Babam mənim qəhrəmanımdır.
Onsuz heç nəyə nail olmazdım. Haradan gəldiyimi heç vaxt unutmayacam”.
Marselo 2025-ci ilin fevral ayında futbolçu karyerasını bitirib.

