“Hələlik buna necə reaksiya verəcəyimi bilmirəm - Mənim üçün çox, çox çətindir”

18:20 Dünya futbolu 93
“Hələlik buna necə reaksiya verəcəyimi bilmirəm - Mənim üçün çox, çox çətindir”

“Seltik”in qapıçısı Kasper Şmeyxel çiynindən ciddi zədə aldığını və karyerasını bitirə biləcəyini açıqlayıb.

Kiper cırılmış biseps, cırılmış rotator manjet və çıxmış çiynini bərpa etmək üçün iki əməliyyat keçirəcək.

Onun sağalmasının 10-12 ay çəkəcəyi gözlənilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qolkiper bir daha meydana qayıtmayacağıyla bağlı narahatlığını dilə gətirib:

“Hələlik buna necə reaksiya verəcəyimi bilmirəm. Doğulduğumdan bəri futbolçuyam.

Bu fikir məni sarsıdır. Hazırda bunu anlamaq mənim üçün çox, çox çətindir.

Yaşımla bağlı karyeramın sonu ola biləcəyi deyilib. Formaya qayıda bilənə qədər 40 yaşımı keçəcəm”.

Məşhur danimarkalı qapıçı Peter Şmeyxelin oğlu daha əvvəl “Lester”, “Mançester Siti” və bir neçə başqa klubda oynayıb.

O, Danimarka millisiylə 2020-ci ildə Avropa çempionatının yarımfinalına yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti