FİFA-nı ABŞ-dən qorxmaqda ittiham etdi - İran səfiri

21:40 Dünya futbolu 68
FİFA-nı ABŞ-dən qorxmaqda ittiham etdi - İran səfiri

İranın Meksikadakı səfiri Əbülfəzl Pəsəndidə Yaxın Şərqdəki münaqişə fonunda ABŞ-də keçiriləcək 2026-cı il dünya çempionatı ilə bağlı vəziyyətə münasibət bildirib.

Əvvəllər İran Futbol Federasiyasının milli komandanın dünya kubokundakı oyunlarının ABŞ-dən Meksikaya köçürülməsi ilə bağlı danışıqlar apardığı deyilirdi.

Sportinfp.az “Canal Once”-a istinadən xəbər verir ki, səfir dünyadakı bir çox münaqişələr zamanı futboldan sülhə nail olmaq üçün istifadə olunduğunu söyləyib:

“Dünyadakı bir çox münaqişələr zamanı futboldan sülhə nail olmaq üçün istifadə olunub. Həmçinin başqa bir ölkəyə hücum edən ölkələrin FİFA tərəfindən qınanıldığı və dünya kubokunda iştirakına qadağa qoyulduğu presedentlər də var.

Ancaq təəssüf ki, FİFA ABŞ-dən qorxduğu üçün bu təcavüzkarlıq aktını belə, pisləməyib.

Biz bildirdik ki, futbol, ​​ilk növbədə, sülhə və dostluğa xidmət edir. Bizim baxış bucağımızdan futbol millətimizin qanuni hüququdur”.

Dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti