Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hazırda Avropanın ən güclüsü hesab etdiyi klubun adını açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisə görə, bu, Norveçin “Budo-Qlimt” klubudur:
“Hazırda ən yaxşı komanda məhz “Budo-Qlimt”dir. Onların oyunu əla təşkil olunub.
Bunu Lissabon “Sportinq”i, “İnter”, “Atletiko” və “Mançester Siti” ilə oyunlarda görmək mümkün oldu. Üstəlik, müdafiədə də çox yaxşı çıxış edirlər”.
Norveç klubu UEFA Çempionlar Liqasında mühüm uğura imza atmağa yaxındır.
Komanda 1/8 final mərhələsinin ilk oyununda “Sportinq” üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq, 1/4 finala yüksəlmək üçün böyük üstünlük əldə edib.

