“Real”dan sonra başqa klubda işləmək istəmirdim” - Karlo Ançelotti

01:40 Dünya futbolu 79
“Real”dan sonra başqa klubda işləmək istəmirdim” - Karlo Ançelotti

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hazırkı vəzifəsini qəbul etməsinin səbəblərindən danışıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Real”dan ayrıldıqdan sonra başqa klubda işləmək istəmədiyini bildirib:

“Real”dan sonra başqa klubda işləmək istəmirdim. İki il əvvəl Braziliya millisinin baş məşqçisi olmaq imkanı yaranmışdı.

Amma həmin vaxt “Real”la müqaviləmin müddətini uzatdım. Keçən il isə qərara gəldik ki, ayrılmağın vaxtıdır və indi özümü xoşbəxt hiss edirəm”.

Braziliya millisi yayda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Komanda çıxış edəcəyi C qrupunda Haiti, Mərakeş və Şotlandiya milliləri ilə qarşılaşacaq.

Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirin hazırkı qalibi Argentina millisidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti