İranın qadınlardan ibarət milli komandasının daha üç oyunçusu Avstraliyadakı sığınacaqdan imtina edərək, vətəninə qayıtmaq qərarına gəlib.
Yığma Asiya Kubokunda iştirak edib və bundan sonra insident yaranıb.
Komandanın oyunçuları Cənubi Koreyaya qarşı ilk matçda dövlət himnini oxumaqdan imtina ediblər və öz ölkələrində tənqid atəşinə tutulublar.
Digər iki matçda isə onlar himni oxuyub və salam veriblər. İran millisi Avstraliyada olduğu müddətdə isə yerli hakimiyyət orqanları tərəfindən, o cümlədən, ABŞ Prezidenti Donald Trampın bu barədə verdiyi açıqlamadan sonra onlara sığınacaq təklif edilib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunçulardan biri hakimiyyət orqanlarının şərtlərini qəbul edib.
Üç oyunçu isə daha sonra fikirlərini dəyişib. İran hökuməti himini oxumaqdan imtina etmələrinə rəğmən, onların qorxmadan qayıda biləcəklərini bildirib.
Daha əvvəl İran Futbol Federasiyasının mətbuat xidməti komandanın baş məşqçisinin oyunçularını dəstəkləyən bəyanatını dərc edib, lakin bu, sonradan saytdan silinib.

