Yarımmüdafiəçi Xames Rodriqes karyerasını MLS-də davam etdirəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Minnesota Yunayted” klubu ilə razılığa gəlib.
Kolumbiyalı oyunçu ABŞ təmsilçisinə azad agent statusunda qoşulacaq. Tərəflər arasında razılaşmanın rəsmiləşdirilməsi üçün yalnız son detalları dəqiqləşdirmək qalır.
Rodriqes yanvarın əvvəlində Meksikanın “Leon” klubundan ayrıldıqdan sonra azad agent idi.
Çempionlar Liqasının ikiqat qalibi karyerası ərzində “Portu”, “Monako”, “Real”, “Bayern” və “Everton” kimi klubların formasını geyinib. Son üç ildə isə “Olimpiakos”, “San-Paulu”, “Rayo Valyekano” və “Leon”da çıxış edərək müxtəlif liqalarda özünü sınayıb.

