“Arsenal”ı dünyanın ən yaxşı komandası sayır - Qvardiola

6 Fevral 00:20 Dünya futbolu 268
“Arsenal”ı dünyanın ən yaxşı komandası sayır - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Liqa kubokunun finalında “Arsenal”la keçirəcəkləri oyundan danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Avropanın və bəlkə də, dünyanın ən yaxşı komandası olan “Arsenal”a qarşı oynamaq xoşdur. “

Arsenal”ın gücü çox şeydən xəbər verir: statistikası, ardıcıllığı, bir çox fərqli detalları idarə etmək qabiliyyəti. Belə bir rəqibə qarşı nə qədər çox oynasaq, bir o qədər yaxşı olacağıq”.

“Şəhərlilər” çərşənbə günü “Nyukasl”ı məğlub edərək turnirin ikinci finalçısı olub. Eyni zamanda, bir gün əvvəl “Arsenal” “Çelsi”ni məğlub edərək finala vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti