Transfer siyasətindən narazı qalan Ronaldo “Əl-Nəsr”i tərk edir?

18:40 Dünya futbolu 94
Transfer siyasətindən narazı qalan Ronaldo “Əl-Nəsr”i tərk edir?

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu tərk edə bilər. 40 yaşlı hücumçu klubun hazırkı vəziyyətindən narazıdır.

Sportinfo.az “Record”-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçunu “Əl-Nəsr”in heyətin gücləndirilməsi istiqamətində apardığı zəif transfer siyasəti qane etmir.

O, hesab edir ki, klub ölkə çempionatının digər aparıcı komandaları ilə müqayisədə daha passiv davranır.

Ronaldo “Əl-Nəsr”ə yeni futbolçuların transferinə süni maneələr yaradıldığını və bunun komandanın Səudiyyə Ərəbistanı çempionu olmasına əngəl törətdiyini düşünür.

O, 2023-cü ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti