Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə yeni, uzunmüddətli müqavilə imzalamağa hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis komandayla 2030-cu ilə qədər olan müqavilə imzalamağa razılıq verib.
Gözlənilməz hadisələr istisna olmaqla, müqavilə yaxın günlərdə imzalanacaq.
Ançelotti 2025-ci ilin iyun ayının əvvəlindən Braziliya millisinə rəhbərlik edir. İtaliyalı məşqçi daha əvvəl dörd il “Real”da çalışıb.
Braziliyalılar qarşıdan gələn dünya çempionatının qrup mərhələsində Mərakeş, Şotlandiya və Haiti yığmaları ilə qarşılaşacaq.

