38 yaşlı hücumçu təklif olunan müqavilədən narazı qaldığı üçün...

12:00 Dünya futbolu 79
38 yaşlı hücumçu təklif olunan müqavilədən narazı qaldığı üçün...

“Əl-Hilal” Karim Benzemanın mümkün transferi ilə bağlı “Əl-İttihad”a müraciət edib.

Daha əvvəl məlum olmuşdu ki, 38 yaşlı hücumçu təklif olunan müqavilədən narazı qaldığı üçün hazırkı klubunu tərk edə bilər.

O, oynamaqdan imtina edir və MLS-ə keçidi və ya Avropaya qayıdışı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, “Əl-İttihad” fransız futbolçu üçün ən azı 25 milyon avro tələb edir. Futbolçu isə ən azı 2027-ci ilin iyun ayına qədər müqavilə bağlamağı düşünür.

Bununla belə, Avropaya, o cümlədən Fransaya qayıdış Benzemanın əsas prioriteti olaraq qalır.

Əl-Hilal mümkün həll yolunun tapılması üçün yaxın saatlarda “Əl-İttihad” ilə Benzemanın nümayəndələri arasında görüş planlaşdırılıb.

Bu mövsüm fransız futbolçu Səudiyyə Ərəbistanı liqasında 14 oyun keçirib və 8 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti