Kriştianu Ronaldo “Yaxın Şərqin ən yaxşı futbolçusu” seçildi

29 Dekabr 2025 12:00 Dünya futbolu 513
Kriştianu Ronaldo “Yaxın Şərqin ən yaxşı futbolçusu” seçildi

Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo Dubayda keçirilən “Globe Soccer Awards” mərasimində növbəti nüfuzlu mükafatına sahib çıxıb.

Sportinfo.az xəbər verir ki, o, 2025-ci ilin nəticələrinə görə “Yaxın Şərqin ən yaxşı futbolçusu” seçilib.

Belə ki, mükafat uğrunda mübarizədə 40 yaşlı portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının digər məşhur simalarını- Kərim Benzemanı (“Əl-İttihad”), Salem Əl-Dovsarini (“Əl-Hilal”) və Riyad Mahrezi (“Əl-Əhli”) geridə qoymağı bacarıb.

Karyerası ərzində rəsmi oyunlarda 956 qol vuran Ronaldo bu göstərici ilə dünya futbol tarixinin mütləq rekordçusudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti