“Gedib hökumətdən pul tələb edə bilmərəm” - Federasiya prezidenti

10:20 Dünya futbolu 70
“Gedib hökumətdən pul tələb edə bilmərəm” - Federasiya prezidenti

Kiyev “Dinamo”sunun və “Milan”ın sabiq hücumçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko Ukrayna millisinin ev oyunlarının başqa ölkələrdə keçirməsinin ciddi maliyyə problemləri yaratdığını bildirib.

Sportinfo.az “Dagens Nyheter”-ə istinadən xəbər verir ki, o, bu vəziyyətin federasiya üçün böyük xərclərə yol açdığını vurğulayıb:

“Bu matçlara çox böyük məbləğdə vəsait xərcləyirik, üstəlik, stadionu tam doldurmaq imkanımız da olmur.

Bizim üçün ev oyununu yad meydanda keçirmək təxminən beş dəfə baha başa gəlir. Sponsorlarımız münaqişənin getdiyi ölkədədir və onların maliyyə imkanları məhduddur”.

Şevçenko həmçinin, dövlət dəstəyinin məhdud olduğunu deyib:

“Gedib hökumətdən pul tələb edə bilmərəm, çünki onların əsas diqqəti ölkənin xilasına yönəlib. Biz mövcud büdcə çərçivəsində əlimizdən gələni etməli və sosial layihələrimiz üçün əsasən özəl ianələrə güvənməliyik”.

Rusiya ilə 2022-ci ildən davam edən müharibə səbəbindən Ukrayna millisi oyunlarını öz ölkəsində keçirə bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO