FİFA-nın rəhbəri Canni İnfantino ABŞ prezidenti Donald Tramp haqqında fikirlərini bölüşüb və onun “FİFA Sülh Mükafatı”na namizəd ola biləcəyi sualına cavab verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Trampla münasibətlərinin çox yaxşı olduğunu bildirib:
“Dekabrın 5-də görəcəksiz. Mən çox şanslıyam.
Prezident Trampla münasibətlərim çox yaxşıdır, onu özümə yaxın dost hesab edirəm. O, dünya çempionatı ilə bağlı bütün işlərimizdə bizə böyük dəstək göstərib”.
FİFA rəhbəri Trampın enerjisinə və xarakterinə heyran olduğunu da vurğulayıb:
“Onda inanılmaz enerji var. Bu, mənim doğrudan da heyran olduğum cəhətdir.
O, dediyini edir və düşündüyünü açıq şəkildə bildirir. Bir çoxunun deməyə cəsarət etmədiyini o deyir. Elə buna görə də, o, çox uğurludur”.
FİFA bu yaxınlarda yeni “FİFA Sülh Mükafatı – Futbol dünyanı birləşdirir” adlı mükafatın təsis olunduğunu açıqlayıb. Mükafat dekabrın 5-də təqdim ediləcək.

