Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ABŞ prezidenti Donald Tramp barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Trampa hədiyyə etdiyi formadan danışıb:
“Trampa hədiyyə etdiyim futbol formasında “Dünyada sülh üçün oynayan prezident Donald Trampa” yazmışdım.
Mən bununla onu nəzərdə tuturdum ki, o, dünyanı dəyişə və ya onun dəyişməsinə kömək edə biləcək insanlardandır”.
Ronaldo bu ilin yayında “Əl-Nəsr”lə müqaviləsinin müddətini 2027-ci ilin 30 iyununa qədər uzadıb. O, Səudiyyə Ərəbistanı klubunda 2023-cü ilin yanvarından çıxış edir.
40 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxaraq, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.

