Avropada tanınan komanda baş məşqçisiz qaldı - RƏSMİ

28 Oktyabr 22:00 Dünya futbolu 139
Avropada tanınan komanda baş məşqçisiz qaldı - RƏSMİ

“Seltik” baş məşqçi Brendon Rocersin istefa ərizəsini qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssis komandanı tərk etdikdən sonra “Seltik”ə müvəqqəti olaraq Martin O’Nill rəhbərlik edəcək.

İrlandiyalı məşqçi 2000–2005-ci illər arasında da komandanın “sükanı arxasında” olub.

“Seltik” Şotlandiya çempionatında 9 turdan sonra17 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Harts”dan 8 xal geri qalır.

“Seltik” növbəti matçını doğma meydanda “Falkirk”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi