Karyerasında 31-ci dəfə turnirin bombardiri oldu - Lionel Messi

20 Oktyabr 2025 01:30 Dünya futbolu 735
Karyerasında 31-ci dəfə turnirin bombardiri oldu - Lionel Messi

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ABŞ çempionatının müntəzəm mövsümünün bombardiri olub.

Sportinfo.az xəbər verir ki, “Neşvil”ə qarşı final matçında argentinalı het-trik edərək komandasına 5-2 hesablı qələbə qazandırıb.

38 yaşlı futbolçu çempionatı 29 qolla başa vuraraq qol yarışında ən yaxın rəqibini 5 xal qabaqlayıb.

Bununla da Messi karyerasında 31-ci dəfə turnirin bombardiri olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!