Yunanıstan klubu ilə danışıq aparır - Tanınmış ispan məşqçi

18 Oktyabr 18:40 Dünya futbolu 551
Yunanıstan klubu ilə danışıq aparır - Tanınmış ispan məşqçi

İspaniyalı mütəxəssis Rafael Benites Yunanıstan Super Liqasında çalışa bilər.

Sportinfo.az “sport24.gr”-ya istinadən xəbər verir ki, “Panatinaikos” 64 yaşlı məşqçi ilə müqavilə imzalamaqda maraqlıdır.

Benites hazırda Afinadadır və klub rəhbərliyi ilə danışıqlar aparır. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, ispan çalışdırıcı “Panatinaikos”la 2,5 illik müqavilə bağlayacaq.

Benitesin illik maaşı 5 milyon avro təşkil edəcək. Onun son iş yeri “Selta” olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu