2025-ci ilin ən yüksək gəlir əldə edən futbolçuların SİYAHIsı

18 Oktyabr 00:10 Dünya futbolu 526
2025-ci ilin ən yüksək gəlir əldə edən futbolçuların SİYAHIsı

2025-ci ilin ən yüksək gəlir əldə edən futbolçuların siyahısını açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barəıdə “Forbes” jurnalı məlumat yayıb.

Bildirilir ki, siyahının lideri “Əl-Nəsr” klubunun və Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo olub.

Məlumata görə, portuqaliyalı ulduzun illik gəliri 280 milyon dollar təşkil edir. Bunun 230 milyonu meydandakı çıxışından, 50 milyonu isə reklam və digər fəaliyyətlərdən qazanılıb.

İkinci yeri “İnter Mayami”nin və Argentina millisinin kapitanı Lionel Messi tutub. Onun illik gəliri 130 milyon dollar (60 milyon – oyunlardan, 70 milyon – meydandan kənar gəlirlər) olub.

Üçüncü pillədə isə “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema qərarlaşıb. Onun illik gəliri 104 milyon dollar (100 + 4) təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu