
FİFA-nın rəhbəri Canni İnfantino ABŞ və Rusiya prezidentlərinin görüşlərinin sülh üçün yaxşı olduğunu düşünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mən inanıram ki, prezident Donald Tramp və prezident Vladimir Putin nə qədər çox bir araya gəlsələr, dünya sülhü üçün bir o qədər yaxşıdır.
Təbii ki, prezident Tramp sülhə sadiqdir və Ukraynadakı vəziyyətin həlli imkanları haqda müzakirələr davam edir.
Bu müzakirələr nə qədər çox olarsa, onların yaxşı razılığa gəlmək şansları da bir o qədər yüksəkdir. Bütün dünya buna baxır, bütün dünya buna ümid edir və bunun üçün dua edir”.
Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra bu ölkənin milli komandaları və klubları FİFA, UEFA turnirlərindən kənarlaşdırılıb.