“Messi nə vaxt istəsə, gedəcək” – Millinin baş məşqçisi dedi

12:00 Dünya futbolu 117
“Messi nə vaxt istəsə, gedəcək” – Millinin baş məşqçisi dedi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente gələn ilin mart ayında Finalissimada Argentina yığması ilə keçiriləcək qarşılaşma haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu oyunda “Barselona”nın vingeri Lamin Yamalla “İnter Mayami”nin hücumçusu Lionel Messinin mümkün qarşılaşmasından danışıb:

“Gələcəyin ulduzunun və köklü əfsanənin oyununu izləmək bizə qismət olacaq. Amma əminəm ki, Messinin hələ çox şeyi var.

Biz veteran olanda demək adət idi ki, futbolu tərk edən biz deyilik, futbol bizi tərk edir, çünki biz artıq oyuna heç nə verə bilmirdik. Messi nə vaxt istəsə, gedəcək”.

Messi iyunun 24-də 38 yaşını, Yamal isə iyulun 13-də 18 yaşını qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti