Milliyə çağırılmayacaq

20 Avqust 2025 10:20 Dünya futbolu 570
Milliyə çağırılmayacaq

“Real Madrid”in hücumçusu Vinisius Junior qarşıdakı oyunlar üçün Braziliya millisinə çağırılmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Ge Globo” məlumat yayıb.

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti Vinisiusu millinin düşərgəsindən kənarda qoymalı olacaq.

“Sambaçılar” DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili (5 sentyabr) və Boliviya (10 sentyabr) komandaları ilə qarşılaşacaqlar.

Vinisiusun Çili ilə oyunu sarı vərəqə limiti üzündən buraxmalı olsa da, Ançelotti onun xidmətindən ikinci görüşdə də istifadə etməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"