30 milyon avroluq razılaşma - “Bayer”lə “Sevilya” arasında

20 Avqust 2025 02:40 Dünya futbolu 470
30 milyon avroluq razılaşma - “Bayer”lə “Sevilya” arasında

Leverkuzen “Bayer”i “Sevilya”nın müdafiəçisi Loik Badeni transfer etməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayer” artıq “qırmızı-ağlar”la anlaşıb. Müqavilənin dəyəri bonuslarla birlikdə 30 milyon avro olacaq.

Hazırda tərəflər 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilənin şərtlərini müzakirə edirlər.

Fransalı futbolçu ötən mövsüm “Sevilya”nın heyətində La Liqada 32 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"