Bu gecə UEFA Superkubokunu hansı komanda qazanacaq?

13 Avqust 2025 21:40 Dünya futbolu 436
Bu gecə UEFA Superkubokunu hansı komanda qazanacaq?

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan "Tottenhem" (İngiltərə) üz-üzə gələcək.

İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyunda Azərbaycanın FİFA referisi Elçin Məsiyev də iş başında olacaq. O, Juan Pineyrunun (Portuqaliya) idarə edəcəyi matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə)
Hakimlər:
Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Udine, "Friuli" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti