“Şəxsən mən onu bu kluba keçməyə razı salmamışam” - RONALDO

10 Avqust 01:40 Dünya futbolu 399
“Şəxsən mən onu bu kluba keçməyə razı salmamışam” - RONALDO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo həmyerlisi Joao Feliksin Səudiyyə Ərəbistanı klubuna transferi ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun istedadlı olduğunu söyləyib:

“Feliks istedadlı oyunçudur. Bu oyunçu komandamıza kömək edəcək. Onun üçün bu seçim Portuqaliya çempionatına qayıtmaqdan daha yaxşıdır.

Şəxsən mən onu “Əl-Nəsr”ə keçməyə razı salmamışam. Bu, klub qarşısındakı öhdəliklərimin bir hissəsi deyil. Mənim vəzifəm oynamaq və məşqçilik etməkdir”.

Feliks 30 milyon avroya “Çelsi”dən Səudiyyə Ərəbistanı klubuna keçib. Tərəflər iki illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu