
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın əsas oyunçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.
Daha əvvəl mətbuatda 38 yaşlı hücumçunun ABŞ klubu ilə müqaviləsini 3 il müddətinə uzadacağı barədə məlumatlar yayılmışdı.
Sportinfo.az xəbər verir ki, argentinalı çalışdırıcı “Goal” nəşrinə açıqlamasında belə deyib:
“Hamımız onun klubda qalmasını istəyirik. Hazırda danışıqlar gedir. Razılıq əldə olunsa, bu barədə klub rəsmi açıqlama verəcək”.
Messi “İnter Mayami”yə 2023-cü ilin yayında qoşulub. O, bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədərdir.
Argentinalı futbolçu ilə yeni müqavilə imzalanarsa, o, karyerasını ən azı 41 yaşına qədər ABŞ-da davam etdirə bilər.