Neymarı izləmək üçün nümayəndə göndərəcək - Ançelotti

1 Avqust 18:40 Dünya futbolu 324
Neymarı izləmək üçün nümayəndə göndərəcək - Ançelotti

“Santos”un hücumçusu Neymar uzun fasilədən sonra Braziliya yığmasına qayıda bilər.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 33 yaşlı futbolçunu qarşıdakı dünya çempionatının seçmə oyunları üçün heyətə dəvət etməyi planlaşdırır.

Neymar artıq namizədlər siyahısına daxil edilib, ancaq məşqçilər heyəti onun real formasını şəxsən izləmək istəyirlər.

Bu məqsədlə milli komandanın nümayəndələri “Santos”un növbəti oyununa baxmaq üçün stadionda olacaq.

“Barselona” və PSJ-nin sabiq forvardı son iki il ərzində Braziliya millisinin heyətində meydana çıxmayıb. Onun sentyabrda baş tutacaq Çili və Boliviya yığmaları ilə oyunlarda geri dönüşü gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu