“Nə qədər yaxşı olsan da, əzmkarlıq və çalışqanlıq olmadan bu, heç nədir”

1 Avqust 2025 10:00 Dünya futbolu 381
“Nə qədər yaxşı olsan da, əzmkarlıq və çalışqanlıq olmadan bu, heç nədir”

“Atletiko”dan “Flamenqo”ya keçən yarımmüdafiəçi Saul Niqes portuqaliyalı futbolçu Joao Feliks haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçu, sabiq komanda yoldaşı Feliksdə möhtəşəm futbolçu olmaq üçün bütün keyfiyyətlərin olduğunu bildirib:

“Feliksdə inanılmaz oyunçu olmaq üçün bütün qabiliyyətlər mövcuddur. Amma nə qədər yaxşı olsan da, əzmkarlıq və çalışqanlıq olmadan bu heç nədir.

Mən ona bir çox sahədə kömək etməyə çalışmışam”.

Feliks 2019-2023-cü illərdə “Atletiko”da çıxış edib. O, ötən günlərdə “Əl-Nəsr”ə transfer olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti