Ronaldo istədi, ərəblər daha bir ulduz TRANFSER ETDİ

30 İyul 10:00 Dünya futbolu 708
Ronaldo istədi, ərəblər daha bir ulduz TRANFSER ETDİ

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Portuqaliya millisinin 25 yaşlı hücumçusu Joao Feliksin transferini rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Joao Feliks London “Çelsi”sindən transfer olunub.

Beləliklə, Joao Feliks “Əl-Nəsr”də millidəki kapitanı Kriştiano Ronaldo ilə komanda yoldaşı olub.

Transferin baş tutmasında Ronaldonun təsirinin çox olduğu haqda xəbərlər də yayılıb.

Mediada yayılan digər məlumata görə, transferin ilkin dəyəri 30 milyon avro olacaq, lakin bonuslarla birlikdə bu məbləğ 50 milyon avroya qədər arta bilər.

Feliks 2024-cü ilin yayında Madridin “Atletiko” klubundan “Çelsi”yə transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan” klubunda keçirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu