
“Real”ın və Kosta Rika millisinin sabiq qapıçısı Keylor Navas Meksikanın “Pumas” klubuna keçməsi barədə danışıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, “Pumas”a qoşulmağın onun üçün asan qərar olduğunu bildirib:
“Klubun azarkeşlərinin sevgisi və həvəsi məni buraya qoşulmağa ruhlandırdı. Bu, Meksikada böyük klubdur və belə fürsətə malik olan hər oyunçu bunu qaçırmamalıdır.
Bu gün isə mənim üçün bu reallıqdır və mən çox xoşbəxtəm. Ailəmə yaxın olmaq mənim üçün çox önəmlidir və bu, məni böyük həvəslə motivasiya edir.
Düşünürəm ki, liqanın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Burada rəqabət güclüdür və infrastruktur da olduqca yaxşıdır.
Biz klub seçərkən titullar uğrunda mübarizə aparacağımızı nəzərdə tuturduq ki, bu mənim üçün vacibdir. Eyni zamanda, klub oyunçulara sadiqdir və onların inkişafına dəstək olur”.
“Transfermarkt” portalının məlumatına görə, 38 yaşlı qapıçının “Pumas”la müqaviləsinin müddəti 30 iyun 2026-cı il tarixinə qədər nəzərdə tutulub.