Messi şəxsi hesabından ona yazdı, forma hədiyyə etdi: “Yazdıqlarınız çox xoşuma gəldi” - FOTO

18 İyul 2025 00:00 Dünya futbolu 642
Messi şəxsi hesabından ona yazdı, forma hədiyyə etdi: “Yazdıqlarınız çox xoşuma gəldi” - FOTO

Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messi şəxsi hesabından fanatlarından birinə yazaraq forma hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşım edib.

“Salam qardaş, milli komanda formasının verilməsi ilə bağlı paylaşımını gördüm. Yazdıqlarınız çox xoşuma gəldi, ona görə də mənim imzam olan formanın birini sizə hədiyyə olaraq göndərmək istəyirəm. Məlumatlarınızı və ünvanınızı göndərin, formanı sizə göndərim”, - deyə Messi fanatına yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM