
Robert Levandovski yayın əvvəlində Polşa millisində çıxış etməkdən imtina etdiyini açıqlamışdı.
Onun bu qərarı sabiq baş məşqçi Mixal Probjeşlə yaşadığı münaqişə ilə əlaqələndirilirdi.
Artıq Probjeş istefa verib və onun yerinə Polşa yığmasına Yan Urban rəhbərlik edir.
Sportinfo.az “Reddit”-ə istinadən xəbər verir ki, yeni baş məşqçi milli komandanın əsas hücumçusu barədə fikirlərini bölüşüb:
“Hazırda biz Levandovskinin milli komandada olmamasına dözə bilmərik. Turnirlərin əksəriyyətində məhz onun sayəsində uğur əldə etmişik”.
Polşa millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrda Niderland və Finlandiya yığmaları ilə qarşılaşacaq.