“Mən “Qızıl top”u Dembeleyə verərdim” – “Barselona”nın sabiq futbolçusu

12:20 Dünya futbolu 190
“Mən “Qızıl top”u Dembeleyə verərdim” – “Barselona”nın sabiq futbolçusu

“Barselona”nın keçmiş futbolçusu Fransisko Karrasko 2025-ci ildə “qızıl top”un favoritini açıqlayıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, PSJ-nin vingeri Osman Dembele və “Barselona”nın hücumçusu Lamin Yamal arasında seçim edib:

“Mən “qızıl top”u Dembeleyə verərdim. Amma gələn il Yamalın mükafatı qazanacağına ümid edirəm.

Dembele son mövsümdə daha çox nailiyyət əldə edib. Baxmayaraq ki, Yamal mükafatı parlaq oyunu və böyük istedadına görə ala bilər”.

Dembele son mövsümdə Fransa çempionu, ölkə kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub. 28 yaşlı futbolçu Liqa 1-də 29 oyun keçirib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti